Ermənistanda iki seçki komissiyası sədri və katibi saxlanıldı
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkisinin başlanmasından əvvəlki gecə iki seçki komissiyası sədrinin və katibinin saxlanılması barədə məlumat yayıb.
TodayPress TV "TASS" agentliyinə istinadən xəbər verir ki bu barədə MSK sədri Vaaqn Ovakimyan mətbuat konfransı zamanı bildirib.
"Mən bilirəm ki, seçki məntəqələrində iki sədrin və katibin yoxluğu cinayət-hüquqi proseslərlə bağlıdır. Mənə məruzə edilib ki, həmin sədrlər və katib gecə saatlarında saxlanılıblar", - deyə o qeyd edib.
Ermənistanda növbəti parlament seçkisi iyunun 7-də başlayıb. Seçkidə 18 siyasi qüvvə - baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Müqaviləsi Partiyası, həmçinin Robert Koçaryanın rəhbərlik etdiyi müxalif "Ermənistan" bloku və Narek Karapetyanın başçılıq etdiyi "Güclü Ermənistan" bloku da daxil olmaqla, 16 partiya və iki partiya bloku iştirak edir.