Ermənistan Rusiyanın vilayəti deyil!
Ermənistanın “bir əyalətə çevrilməsinə icazə verilməyəcək” və ölkənin Belarus modelində idarə olunmasına yol verilməyəcək.
TodayPress TV xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
Alen Simonyan çıxışı zamanı həmçinin Rusiyanı seçki prosesinə müdaxilə etməkdə ittiham edib. Onun sözlərinə görə, Rusiya yerli media qurumlarını rublla “alaraq” qarşıdan gələn seçkilərə təsir göstərməyə çalışır.
Simonyan bu iddialarla bağlı əlavə detallara toxunmayıb və məsələ ilə bağlı rəsmi Moskva tərəfindən hələlik açıqlama verilməyib.
Jalə Rövşən