Ermənistanda seçkilərlə bağlı rəsmi açıqlama - Paşinyan öndədir - YENİLƏNDİ
Ermənistan Mərkəzi Seçki Komissiyası bütün 2005 seçki məntəqəsindən səsvermənin nəticələrini hesablayıb.
TodayPress TV xəbər verir ki, MSK-nın ilkin məlumatlarına görə, əsas rəqib siyasi qüvvələr aşağıdakı səsləri alıblar: Vətəndaş Müqaviləsi Partiyası – 49.81% Güclü Ermənistan Bloku – 23.29% Ermənistan Bloku – 9.94% Çiçəklənən Ermənistan Partiyası – 4% Ümumi seçici fəallığı: 1.476.916 nəfər.
***
08:27
Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkiləri üzrə ilkin nəticələri elan edib.
TodayPress TV xəbər verir ki, komissiyanın məlumatına görə, 2005 seçki məntəqəsindən 1878-i üzrə (yerli vaxtla saat 08:00 vəziyyətinə) səslərin hesablanması aparılıb. İlkin nəticələr aşağıdakı kimidir:
"Vətəndaş Müqaviləsi" (N. Paşinyan) — 50,25%
"Güclü Ermənistan" bloku (S. Karapetyan) - 23,34%
"Ermənistan" bloku (R. Köçəryan) — 9,78%
"Çiçəklənən Ermənistan" Partiyası (Q. Tsarukyan) — 4,02%
Hazırda səslərin hesablanması davam edir və nəticələr seçki məntəqələrinin tam bağlanmasından sonra daha dəqiqləşəcək.
Türkan İsgəndərli