Əraqçi: "İran İsraili ağır cəzalandıracaq"

Əraqçi: "İran İsraili  ağır cəzalandıracaq"
31.03.2026 17:52 Dünya

İsrail dərman istehsal edən əczaçılıq zavoduna zərbə endirdiyinə görə ciddi şəkildə cəzalandırılacaq.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib.

Əraqçi vurğulayıb ki, İsrail artıq açıq və utanmazcasına əczaçılıq şirkətlərini bombalayır. Güclü silahlı qüvvələrimiz buna sərt cavab verəcək. 

Nazir həmçinin qeyd edib ki, İsrail artıq “müdafiəsiz Fələstin mülki əhalisi ilə kifayətlənmir”.

Bundan əvvəl İranın əmək, sosial rifah və kooperativ məsələləri naziri Əhməd Meydari bildirib ki, dağınıq skleroz və xərçəng xəstəliklərinə qarşı dərman istehsal edən müəssisə ABŞ və İsrailin birgə hücumunun hədəfi olub.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər