Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi

Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi
30.07.2026 10:59 Dünya

"Tesla" şirkəti süni intellekt çiplərinin istehsalı üçün tammiqyaslı yarımkeçirici fabriki yaratmağı planlaşdırır. Şirkət eyni zamanda növbəti nəsil elektromobilləri və "Optimus" humanoid robotları üçün xüsusi silikon çiplər hazırlamağı hədəfləyir.

TodayPress TV xəbər verir ki, Elon Mask  layihənin əsas məqsədinin Tesla-nın süni intellekt sahəsində istifadə etdiyi çiplərin istehsalına tam nəzarət etmək və xarici təchizatçılardan asılılığı minimuma endirmək olduğunu deyib.  

Məlumata görə, istehsal ediləcək yeni nəsil çiplər əsasən "Full Self-Driving" (FSD) avtonom idarəetmə sistemi, "Cybercab" robotaksiləri, "Optimus" humanoid robotları və süni intellekt məlumat mərkəzlərində istifadə olunacaq.

Ekspertlərin fikrincə, Tesla bu addımla Samsung və TSMC kimi çip istehsalçılarından asılılığını azaltmağa çalışır. Tesla hazırda NVIDIA-nın da böyük müştərisidir. Şirkət çiplərin layihələndirilməsi, istehsalı və istifadəsini vahid ekosistem daxilində idarə etməyi planlaşdırır.

Qeyd olunur ki, bu strategiya Tesla-ya istehsal prosesini sürətləndirməyə, xərcləri optimallaşdırmağa və gələcəkdə süni intellekt əsaslı məhsulların kütləvi istehsalını təmin etməyə imkan verə bilər.

Elon Musk daha əvvəl bildirmişdi ki, gələcəkdə avtonom avtomobillər və humanoid robotlar üçün tələb olunacaq süni intellekt çiplərinin həcmi mövcud qlobal istehsal imkanlarını üstələyə bilər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər