Danimarkanın ABŞ ilə müharibəyə hazırlaşdığı iddia edildi

Danimarkanın ABŞ ilə müharibəyə hazırlaşdığı iddia edildi
20.03.2026 06:45 Dünya

Danimarka Qrenlandiyada ABŞ ilə müharibəyə hazırlıq görür.

TodayPress TV xəbər verir ki, bu barədə "Danmarks Radio" məlumat yayıb.

Bildirilib ki, adaya partlayıcı maddələrlə təmin olunmuş istehkamçılar göndərilib. Onlar ABŞ qoşunlarının eniş etməsinin qarşısını almaq üçün müdaxilə zamanı Nuuk və Kanqerlussuaq aerodromlarının uçuş-eniş zolaqlarını məhv etməli idilər.

Bundan əlavə, mümkün yaralılara yardım göstərmək üçün təcili olaraq qan ehtiyatları yaradılıb.

Xatırladaq ki, daha əvvəl Kaliforniya qubernatoru Qevin Nyusom ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya olan iddialarına görə Danimarkanın "bir gözü açıq yatmalı olduğunu” qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər