Çin Trampın çağırışına CAVAB VERDİ
Dünya
16.03.2026 12:11
“Çin Yaxın Şərqdəki gərginliyin artmasını istəmir və bunun qlobal iqtisadiyyat üçün ciddi nəticələrinin qarşısını almağa çağırır”.
TodayPress TV “Reuters”ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı çağırışına belə münasibət bildirib.
"Çin bir daha bütün tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa, daha da gərginləşməməyə, regionda qeyri-sabitliyin qarşısını almağa və qlobal iqtisadiyyatın inkişafı üçün daha ciddi nəticələrin qarşısını almağa çağırır".
Lin Jian əlavə edib ki, Hörmüz boğazındakı vəziyyət qlobal ticarət yolları boyunca malların və enerji ehtiyatlarının daşınmasına mənfi təsir göstərir.
Xatırladaq ki, Tramp daha əvvəl Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və Yaxın Şərqdəki vəziyyətdən təsirlənən digər ölkələri Hörmüz boğazına gəmilər göndərməyə çağırmışdı.
tag: Çin,Tramp,ABŞ,Hörmüz,Todaypress.tv,
