Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında görüş başladı

Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında görüş başladı
17.02.2026 17:21 Dünya

Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında görüş başlayıb.

TodayPress TV xəbər verir ki, Ukrayna üzrə üçtərəfli danışıqlar “Inter Continental” mehmanxanasında keçirilir.

Danışıqların iki gün davam edəcəyi gözlənilir.

Qeyd edək ki, bu görüşə qədər Əbu-Dabidə üçtərəfli formatda danışıqların iki raundu keçirilib. Rusiya tərəfinin açıqlamasına görə, Əbu-Dabi görüşlərində əsasən təhlükəsizlik məsələləri müzakirə olunub.

Cenevrədə isə daha geniş mövzularda danışıq aparılması planlaşdırılır. Xüsusilə ərazi məsələsi danışıqların əsas mövzularından biri olacaq.

(APA)

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər