Cəmi 3 il vaxtınız qaldı - İlon Mask sağ qalmaq üçün tövsiyə verdi

Cəmi 3 il vaxtınız qaldı - İlon Mask sağ qalmaq üçün tövsiyə verdi
20.07.2026 12:51 Dünya

Milyarder iş adamı İlon Mask süni intellektin inkişafı ilə bağlı növbəti səs-küylü bəyanatını verib.

TodayPress TV xəbər verir ki, o, ənənəvi iş sisteminin sürətlə sıradan çıxdığını bildirib. 

"İnsanların öz əməyini və zamanını sataraq dolana biləcəyi maksimum 3 il vaxtı qalıb. Bundan sonra süni intellekt əksər işləri tam avtomatlaşdıracaq və şirkətlər üçün iş saatına görə maaş ödəmək mənasını itirəcək",- Musk deyib. 

O, bu gedişatı tarixin ən böyük sərvət yerdəyişməsi adlandırıb və xəbərdarlıq edib ki, indidən hərəkətə keçməyənlər üçün çox gec olacaq. O, növbəti 3 ildə vaxtı texnologiyanın əvəzləyə bilməyəcəyi aktivlərə – Bitkoin, torpaq, enerji resursları, faydalı insan əlaqələri və müstəqil istehsalat bacarığına yatırmağı məsləhət görüb. 

"Sonda vacib olan nə qədər çox tər tökdüyünüz deyil, əlinizdə nəyin qaldığıdır. Bu addımı indidən atanlar 2035-2036-cı illərdə geriyə baxıb "mən hər şeyi qabaqcadan görmüşdüm" deyəcəklər", - deyə milyarder bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər