"CBS": Pentaqon İrana qoşun yeritmək üçün ətraflı hazırlıqlar görür

Dünya

21.03.2026 05:35

ABŞ ordusu Yaxın Şərqdə əməliyyatların davam etdirilməsi üçün mümkün ssenarilərdən biri kimi Amerika Quru Qüvvələrinin İrana yeridilməsi üçün diqqətlə hazırlıqlar görür.

TodayPress TV xəbər verir ki, bu barədə "CBS" televiziya kanalı mənbələrə istinadən məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp məsələni nəzərdən keçirir, lakin onun hansı yekun qərarı və nə vaxt verəcəyi bəlli deyil.

Nəşrin məlumatına görə, ordu rəsmiləri Amerika liderinin quru əməliyyatına razılıq verəcəyi təqdirdə əsgərlərin necə hərəkət edəcəyini müzakirə etmək üçün görüşlər keçirir.

Xatırladaq ki, daha əvvəl "Fox News" ABŞ müdafiə rəsmisinə istinadən 4500 hərbçidən ibarət amfibiya hücum qrupunun Yaxın Şərqə yola düşdüyünü bildirib.

TodayPress TV

tag: ABŞ,Tramp,İran,Qoşun,TodayPress TV,