“Bütün dünya üçün fəlakət olar!" – ABŞ-dən gözlənilməz ETİRAF

“Bütün dünya üçün fəlakət olar!" – ABŞ-dən gözlənilməz ETİRAF
22.07.2026 16:05 Dünya

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Çinlə dialoqun tərəfdarı olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Rubio bu barədə Filippinin paytaxtı Manilada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin 59-cu konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, ABŞ və Çin arasında istənilən qarşıdurma bütün dünya üçün ciddi nəticələr doğura bilər.

“ABŞ və Çin arasında istər iqtisadi, istərsə də digər sahələrdə münaqişə ciddi qlobal nəticələrə gətirib çıxaracaq. Xarici siyasətin və geosiyasətin əsas vəzifəsi fikir ayrılıqlarını idarə etmək, milli maraqlarımıza zidd addımlar atmamaq və eyni zamanda dünya üçün həqiqətən fəlakətli nəticələrə səbəb ola biləcək münaqişələrdən qaçmağa çalışmaqdır”, – deyə Rubio vurğulayıb.

ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton Pekinlə mövcud fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək niyyətindədir.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər