Boris Conson Odessaya gəldi
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Odessaya gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın “Obozrevatel” nəşri məlumat yayıb.
Səfərin məqsədi açıqlanmır.
Sentyabrın 9-da Conson Rusiya-Ukrayna müharibəsi ilə bağlı bildirib ki, Ukrayna ətrafında münaqişə ərazilərlə bağlı deyil, respublikanın taleyi və kimliyi ilə bağlıdır.
Conson, həmçinin Qərb ölkələrindən Ukrayna Silahlı Qüvvələrinə Rusiya daxilindəki hərbi bazalara zərbələr endirməsinə icazə verməsini tələb edib.
Orxan Saffari