“Ben Qurion” hava limanında uçuşlara məhdudiyyətlər tətbiq edildi
İsrail Təl-Əvivdəki “Ben Qurion” hava limanından uçuşlara icazə verilən sərnişinlərin sayını məhdudlaşdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
Bildirilib ki, hava limanından ABŞ-yə uçuşlara icazə verilən sərnişinlərin sayı 50% azaldılaraq 130-a endirilib. Avropaya uçuşlarda sərnişinlərin sayı 120-də qalıb.
Qeyd edilib ki, bu qərar hava limanında saxlanılmış üç özəl təyyarənin İrandan atılan raketlər nəticəsində zədələnməsindən sonra verilib.
Aysel Mətləb