Balıkesirdəki zəlzələdən sonra 100-dən çox afterşok qeydə alındı- YENİLƏNDİ

Balıkesirdəki zəlzələdən sonra 100-dən çox afterşok qeydə alındı- YENİLƏNDİ
28.10.2025 06:40 Dünya

Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələdən sonra 102 afterşok qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu rəqəm Türkiyənin Boğaziçi Universitetinin Kandilli Rəsədxanasının saytında öz əksini tapıb.

Belə ki, 27 oktyabrda Türkiyə saatı ilə 22:48-də baş vermiş zəlzələdən sonra 28 oktyabr saat 3:38-ə olan məlumata əsasən, 102 təkrar təkan yaşanıb. Onlardan ən güclüsü 4,3 maqnitudada olub. Son qeydə alınan yeraltı təkanın maqnitudası isə 3,5 olub.

Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində üç bina və bir mağaza uçub, 22 nəfər xəsarət alıb.

***

03:28

Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı bəlli olub.

TodayPress TV xəbər verir ki, bu barədə vilayət rəhbəri İsmail Ustaoğlu jurnalistlərə açıqlamasında danışıb.

O qeyd edib ki, zəlzələdən ümumilikdə 22 nəfər zərər çəkib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Onlardan 18 nəfəri evə buraxılıb, 4 nəfərinin müalicəsi isə xəstəxana şəraitində davam edir.

Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində üç bina və bir mağaza uçub.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 Sərhədi pozan əcnəbilər saxlanıldı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 Bütün Xəbərlər