Avstraliyada mədəndə partlayış - İki nəfər öldü

Avstraliyada mədəndə partlayış - İki nəfər öldü
28.10.2025 08:47 Dünya

Yeni Cənubi Uels ştatında yerləşən mədəndə baş vermiş partlayış nəticəsində bir kişi və bir qadın həlak olub.

TodayPress TV-nin məlumatına görə, bu barədə ştat polisindən bildirilib.

"Bu səhər Far-Uest bölgəsindəki yeraltı mədəndə baş vermiş partlayış nəticəsində iki nəfər həyatını itirib", – deyə polis idarəsinin mətbuat xidməti açıqlama verib.

Qeyd olunub ki, xəsarət alanlardan biri şok vəziyyətində xəstəxanaya yerləşdirilib.

Hadisə yerində təcili yardım xidmətləri fəaliyyət göstərir.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər