Avropa müharibəyə hazırlaşır? Rusiya ilə sərhəddə hərbi təlimlər başladı

Avropa müharibəyə hazırlaşır? Rusiya ilə sərhəddə hərbi təlimlər başladı
02.05.2026 16:15 Dünya

Finlandiyada Rusiya sərhədindən 70 kilometr məsafədə Böyük Britaniya, Fransa, İtaliya, Norveç, Macarıstan, Polşa, Estoniya, Litvanın iştirakı ilə "Şimal zərbəsi 26" artilleriya təlimlərinə başlanılıb.

TodayPress TV "Ria Novosti"yə istinadən xəbər verir ki, manevrlər Kuhmo bələdiyyəsindəki Vuosanka təlim poliqonunda keçirilir və 12 maya qədər davam edəcək.

Təlimlərdə 640 hərbçi iştirak edir. Onlara artilleriya, minaatan və taktiki döyüş atəşi təlimləri keçirəcəklər. Cəlb edilən texnikanın sayı dəqiqləşdirilməyib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər