Avropa ABŞ-nin texnologiya nəhənglərindən imtina edir
Dünya
03.02.2026 21:45
Avropada hökumətlər və qurumlar ABŞ-nin Böyük Texnologiya şirkətlərinin rəqəmsal xidmətlərindən istifadəsini azaltmağa, yerli və ya pulsuz alternativlərə müraciət etməyə çalışırlar.
TodayPress TV xəbər verir ki, bu barədə “AP News” məlumat yayıb.
Məlumata görə, Fransa hökuməti 2,5 milyon dövlət qulluqçusunun 2027-ci ilə qədər “Zoom”, “Microsoft Teams”, “Webex” və “GoTo Meeting” daxil olmaqla ABŞ provayderlərinin video konfrans vasitələrindən istifadəni dayandıracağını və yerli xidmət olan “Visio”ya keçəcəyini elan edib:
"Məqsəd güclü və suveren bir vasitəyə güvənərək qeyri-Avropa həllərinin istifadəsinə son qoymaq, ictimai elektron rabitənin təhlükəsizliyini və məxfiliyini təmin etməkdir".
Eyni zamanda, dövlət qulluğu naziri Devid Amiel bildirib ki, onlar elmi mübadilələrinin, həssas məlumatlarının və strateji innovasiyalarının qeyri-Avropalılara açıqlanması riskini daşıya bilməz.
“Microsoft” bunlara cavab olaraq vurğulayıb ki, Fransa hökuməti ilə sıx əməkdaşlıq etməyə və dövlət qurumları üçün təhlükəsizlik, məxfilik və rəqəmsal etimadın vacibliyinə hörmətlə yanaşmağa davam edir:
"Şirkət müştərilərə daha geniş seçim, daha güclü məlumatların qorunması və davamlı bulud xidmətləri təqdim etməyə, məlumatların Avropa qanunlarına əsasən, güclü təhlükəsizlik və məxfilik qorunması ilə Avropada qalmasını təmin etməyə yönəlib".
Qeyd edək ki, “Zoom”, “Webex” və “GoTo Meeting” şərh sorğularına cavab verməyib.
Bundan əlavə, Avstriyada əsgərlər ordu “Microsoft Office” proqramını ləğv etdikdən sonra hesabat yazmaq üçün açıq mənbəli ofis proqramlarından istifadə ediblər. Həmçinin Almaniya əyalətindəki bürokratlar da inzibati işləri üçün pulsuz proqram təminatına müraciət ediblər.
Aysel Mətləb
tag: Avropa,ABŞ,Zoom,Microsoft Teams,Todaypress.tv,
