Anqarlar dağıdıldı, texnikalar köçürülür: ABŞ İordaniyadakı bazadan GERİ ÇƏKİLİR?

Anqarlar dağıdıldı, texnikalar köçürülür: ABŞ İordaniyadakı bazadan GERİ ÇƏKİLİR?
10.09.2026 01:46 Dünya

ABŞ İordaniyada yerləşən "Muwaffaq Salti" aviabazasından helikopterləri və digər hərbi texnikaları çıxarmağa başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusu bazada yerləşən texnikaları və şəxsi heyəti ərazidən çıxarmağa hazırlaşır.

Məlumata görə, İordaniyadakı digər ABŞ bazalarında anqarların məhv edilməsi səbəbindən çıxarılan texnikaların İsrailə yerləşdiriləcəyi bildirilir.

Qeyd edək ki, "Muwaffaq Salti" aviabazası İordaniyanın Əzraq şəhəri yaxınlığında yerləşir və ABŞ-nin regiondakı əməliyyatları üçün mühüm məntəqələrdən biri hesab olunur.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər