Alyaskada güclü zəlzələ qeydə alındı
ABŞ-nin Alyaska ştatının cənub-şərqində 5,8 bal gücündə zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib, episentri isə 60,64 dərəcə şimal enliyi və 140,00 dərəcə qərb uzunluğunda müəyyən edilib.
Aysel Mətləb