Almanlar siyasi sistemi dəyişdirirlər - Avropada faşizm təhlükəsi?

Almanlar siyasi sistemi dəyişdirirlər - Avropada faşizm təhlükəsi?
28.07.2026 17:28 Dünya

Almaniya Federal Konstitusiya Məhkəməsinin keçmiş sədri Hans-Yürgen Papir Bundestaq seçkilərində tətbiq olunan 5 faizlik seçki baryerinin 3 faizə endirilməsini təklif edib.

TodayPress TV xəbər verir ki, Papir bu barədə "Der Tagesspiegel" qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, 5 faizlik baryer artıq dövrün tələblərinə cavab vermir və seçki hüququnda bərabərlik prinsipini məhdudlaşdırır.

Papir bildirib ki, 2025-ci il Bundestaq seçkilərində 49,6 milyon etibarlı səsdən 6,8 milyonu, yəni təxminən hər yeddi səsdən biri parlamentdə təmsil olunmayan partiyalara verildiyi üçün faktiki olaraq nəzərə alınmayıb.

Keçmiş məhkəmə sədri hesab edir ki, Bundestaqın fəaliyyət qabiliyyətini qorumaq üçün seçki baryerinin 3 faiz olması kifayət edər.

O xatırladıb ki, Federal Konstitusiya Məhkəməsi Avropa Parlamenti seçkilərində tətbiq edilən seçki baryerini vaxtilə Konstitusiyaya zidd hesab edib. Papirin fikrincə, bu, Bundestaq və əyalət parlamentlərində də 5 faizlik baryerin yenidən nəzərdən keçirilməsi üçün əsas yaradır.

Papir qeyd edib ki, sağlam demokratiya yeni siyasi partiyaların yaranmasına imkan verməlidir. Onun sözlərinə görə, 5 faizlik baryer yeni partiyaların formalaşmasını və inkişafını çətinləşdirir, bu isə siyasi sistemin durğunlaşması riskini artırır.

Keçmiş Konstitusiya Məhkəməsi sədri hesab edir ki, 3 faizlik baryer daha çox vətəndaşın parlamentdə təmsil olunmasına şərait yaradacaq, Bundestaqın siyasi müxtəlifliyini artıracaq və demokratiyaya inamı gücləndirəcək.

Qeyd edək ki, 2025-ci il Bundestaq seçkilərində Sara Vaqenknextin rəhbərlik etdiyi BSW partiyası 4,981 faiz səs toplayaraq parlamentə düşmək üçün cəmi 9,5 min səs çatdırmayıb. Partiya Bundestaqa daxil olsaydı, hazırkı XDS/XSS–SPD koalisiyası kansler çoxluğunu itirmiş olardı.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər