AKP Ərdoğana yeni konstitusiya təklifləri təqdim edəcək
Dünya
17.12.2025 13:30
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 2026-cı ildə Prezident Rəcəb Tayyib Ərdoğana prezident idarəetməsi ilə bağlı yeni konstitusiya təkliflərini təqdim etməyi nəzərdə tutur.
TodayPress TV xəbər verir ki, bu barədə "Ekonomim” qəzeti məlumat yayıb.
Mənbələrə görə, partiya konstitusiyaya bir sıra dəyişiklikləri daxil etməyi planlaşdırır.
AKP yeni konstitusiyanın qəbulundan sonra erkən prezident seçkilərinin keçirilməsi imkanını da nəzərdən keçirir. Mənbələr xüsusilə parlament üzvləri arasından prezident və kabinet üzvlərinin seçilməsi müddəası üzrə variantların müzakirə olunduğunu bildiriblər.
Hakim partiya məsləhətləşmələrdən sonra təklif və şərhləri özündə əks etdirən hesabat hazırlayaraq Ərdoğana təqdim etməyi planlaşdırır. Prezident Ərdoğan isə dəfələrlə yeni konstitusiyanın Türkiyənin gələcək inkişafı üçün vacib olduğunu vurğulayıb və bütün siyasi qüvvələri prosesdə fəal iştirak etməyə çağırıb.
Türkan İsgəndərli
tag: Türkiyə,AKP,Konstitusiya,Ərdoğan,Todaypress.tv,
