Aİ Ukraynaya növbəti MİLYARDLIQ yardım ayırdı

Aİ Ukraynaya növbəti MİLYARDLIQ yardım ayırdı
29.05.2026 07:00 Dünya

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya 2.8 milyard avro məbləğində yeddinci makromaliyyə yardım tranşının ayrılmasını təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə Aİ Şurasının saytında yayımlanan rəsmi bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, sözügedən məbləğ Ukraynanın yeddinci tranşın əldə olunması üçün tələb olunan 20 addımdan 11-ni uğurla tamamlamasını əks etdirir.

Maliyyələşmə 2024-2027-ci illəri əhatə edən və ümumi həcmi 50 milyard avroya qədər nəzərdə tutulan Aİ proqramı çərçivəsində təqdim olunur. Vəsait Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsinə dəstək məqsədi daşıyır. Bundan əvvəlki, altıncı tranş - təxminən 2.3 milyard avro - 2025-ci ilin dekabrında Kiyevə köçürülmüşdü.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər