Aİ Ukraynalılar üçün sığınacaq proqramını uzatdı
Avropa İttifaqı Şurası ukraynalı qaçqınlar üçün sığınacaq proqramını 2027-ci ilin martına qədər uzadıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat təşkilatın rəsmi saytında yer alıb.
Bəyanatda qeyd olunub ki, sülh əldə olunandan sonra belə, proqram davam edəcək.
Qeyd edək ki, ukraynalılara qaçqın statusu verən bu proqram 2022-ci ilin martından etibarən qüvvədədir.
Türkan İsgəndərli