Ağ Ev İranla bağlı planlarını Körfəz müttəfiqləri ilə bölüşmədi

Dünya

31.01.2026 11:30

Fars körfəzi ölkələri Səudiyyə Ərəbistanı və ABŞ arasında yüksək səviyyəli görüşlər zamanı Vaşinqtonun İranla bağlı məqsəd və planlarını aydınlaşdıra bilməyiblər.

TodayPress TV xəbər verir ki, bu barədə “Fox News” telekanalı Körfəz Əməkdaşlıq Şurası ölkəsindən bir rəsmiyə istinadən məlumat yayıb.

"Biz həm mövqeyimizin, həm də baş verənlərlə bağlı qiymətləndirməmizin tam anlaşıldığına əmin olmaq, həmçinin ABŞ-nin yanaşmasını mümkün qədər aydın dərk etmək niyyətindəyik. Tam aydınlığa nail olmaq istəsək də, hələlik buna nail ola bilməmişik", - deyə mənbə bildirib.

O, Səudiyyə Ərəbistanının tərəf olmadığı bir müharibədə hava məkanından istifadəyə icazə verməyəcəyini vurğulayıb:

“Həm ABŞ-yə, həm də İrana uyğun ən yaxşı nəticəyə nail olmaq üçün diplomatiya da daxil olmaqla bütün vasitələrlə öz tövsiyələrimizi veririk. Başa düşürük ki, bu prosesdə hamımız iştirakçıyıq və müsbət nəticəyə ümid edirik”.

Aysel Mətləb

TodayPress TV

tag: Fars ,ABŞ ,Səudiyyə Ərəbistanı,İran,Todaypress.tv,