Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar

Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar
02.08.2026 13:47 Dünya

Mərakeş Kralı VI Məhəmməd ölkənin şimal və cənub rayonlarını birləşdirən Tiznit və Daxla şəhərləri arasındakı sürətli avtomobil magistralının adını ABŞ Prezidenti Donald Trampın şərəfinə dəyişdirmək barədə qərar qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə monarxın amerikalı liderin adına ünvanladığı məktubunda deyilir.

"VI Məhəmməd ABŞ prezidentini öz qərarı barədə məlumatlandıraraq bildirib ki, Tiznit – Daxla marşrutu "Donald C. Tramp Avtomagistralı" adlandırılacaq", - deyə məktubda qeyd olunub.

Sənəddə bildirilir ki, bu addım ölkələr arasında möhkəm ikitərəfli münasibətlərin və Trampın iki prezidentlik müddəti ərzində bu münasibətlərin möhkəmlənməsində oynadığı rolun etirafıdır.

Mərakeş kralı əlavə edib ki, bu təşəbbüs onunla ABŞ Prezidenti arasında olan böyük və qarşılıqlı hörməti vurğulayır. O, həmçinin bunun 2020-ci ildə ABŞ-nin Mərakeşin Səhra üzərindəki suverenliyini "tarixi etirafının" təzahürü olduğunu qeyd edib ki, bu da VI Məhəmmədin sözlərinə görə, ikitərəfli münasibətlərə "misli görünməmiş bir təkan" verib.

Qeyd edək ki, uzunluğu təxminən 1055 km olan Tiznit – Daxla avtomagistralı Mərakeşdə və Afrikada ən böyük nəqliyyat infrastrukturu layihələrindən biri hesab olunur. O, krallığın şimalını onun cənub regionları ilə birləşdirir və insanların, eləcə də malların daşınmasını asanlaşdırmaq, cənub əyalətləri ilə ölkənin qalan hissəsi arasında nəqliyyat əlçatanlığını yaxşılaşdırmaq məqsədilə inşa edilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Bütün Xəbərlər