ABŞ Yaxın Şərqə qoşun göndərmək istəyir

ABŞ Yaxın Şərqə qoşun göndərmək istəyir
13.03.2026 21:20 Dünya

Pentaqon katibi Pit Heqset ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqə əlavə dəniz piyadaları bölmələri göndərmək istəyini təsdiqləyib. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb. 

Məlumata görə, CENTCOM bölgəyə bir neçə gəmi, 5000-ə qədər dəniz piyadasından ibarət amfibiya qrupu və ekspedisiya bölməsi göndərmək istəyir. Hərbçilər bu addımı İranın Hörmüz boğazına hücumlarından sonra atmağı planlaşdırırlar.  

Nəşr qeyd edib ki, Pentaqon sözçüsü şərh verməkdən imtina edib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər