ABŞ Yaxın Şərq müttəfiqlərinə silah satışını təsdiqlədi
Dünya
20.03.2026 16:46
ABŞ administrasiyası Yaxın Şərqdəki müttəfiqlərinə ümumilikdə 23 milyard dollar dəyərində silah satışını təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Məlumata əsasən, paketə Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İordaniya üçün hərbi texnika daxildir. ABŞ Dövlət Departamenti daha əvvəl BƏƏ üçün hava hücumundan müdafiə sistemləri və bombalar, həmçinin Küveyt üçün oxşar avadanlıqlar daxil olmaqla 16 milyard dollarlıq satışları təsdiqləmişdi.
Qəzetin yazdığına görə, əlavə olaraq BƏƏ-yə təxminən 7 milyard dollarlıq silah satışı da təsdiqlənib. Bu paketə təxminən 5,6 milyard dollar dəyərində "PAC-3 Patriot" raketləri və 1,32 milyard dollar dəyərində "CH-47 Chinook" helikopterləri daxildir.
Bundan başqa, ABŞ hökumətinin bəzi hallarda Konqres təsdiqindən yayınmaq üçün fövqəladə vəziyyət müddəalarından istifadə etdiyi bildirilir. Xüsusilə, THAAD raketdən müdafiə sistemi üçün təxminən 4,5 milyard dollarlıq avadanlıq təchizatı bu mexanizmlə həyata keçirilib.
Türkan İsgəndərli
tag: ABŞ,Yaxın Şərq,Silah,Satış,Todaypress.tv,
