ABŞ Venesuelaya zərbə endirməyi planlaşdırmır

ABŞ Venesuelaya zərbə endirməyi planlaşdırmır
31.10.2025 22:15 Dünya

ABŞ Prezidenti Donald Tramp Venesuela ərazisinə zərbə endirməyi düşünmədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə  "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, Tramp "Air Force One" təyyarəsində jurnalistlərlə söhbətində Venesuela ərazisinə hücum planları ilə bağlı sualı "yox" deyə cavablandırıb.

Tramp həmçinin ABŞ-nin yeraltı nüvə sınaqlarını bərpa edib-etməyəcəyi ilə bağlı suala birbaşa cavab verməkdən imtina edib.

"Çox tezliklə bunu biləcəksiniz", - Tramp jurnalistlərə bildirib.

Oktyabrın 30-da ABŞ Prezidenti Amerika ordusuna 33 illik fasilədən sonra dərhal nüvə silahı sınaqlarını bərpa etməyi əmr etdiyini açıqlamışdı.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər