ABŞ-İran qarşıdurması alovlanır: "Gəmilərinizi məhv edəcəyik"

Dünya

03.05.2026 20:14

İran ali liderinin hərbi müşaviri Möhsün Rəzai ABŞ-ni aviadaşıyıcıları olan yeganə dəniz qulduru adlandırıb. O bildirib ki, Tehran ABŞ gəmilərini və hərbçilərini məhv etmək gücündədir.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, İranın quldurlarla mübarizə qabiliyyəti döyüş gəmilərini batırmaq gücü çoxdur:

"Gəmilərinizin və qüvvələrinizin İsfahanda qalan təyyarə qalıqları kimi qəbiristanlığa düşəcəyinə hazır olun", - Rəzai deyib.

Qeyd edək ki, mayın 2-də ABŞ Prezidenti Donald Tramp İran neftini daşıyan tankerlərin ələ keçirilməsi zamanı ABŞ hərbçilərinin "pirat kimi davrandığını" etiraf edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,ABŞ,Rəzai,Quldur,Todaypress.tv,