ABŞ-İran danışıqlarının nəticələri açıqlandı

ABŞ-İran danışıqlarının nəticələri açıqlandı
06.02.2026 19:26 Dünya

Omanda keçirilən danışıqlardan sonra ABŞ və İran nüvə proqramı ilə bağlı təmasları davam etdirmək barədə razılığa gəliblər.

TodayPress TV xəbər verir ki, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi məlumat verib.

O vurğulayıb ki, tərəflər əvvəlcə öz hökumətləri ilə məsləhətləşməlidirlər:

"Ümumiyyətlə, bu, yaxşı başlanğıc idi, lakin onların davam etdirilməsi paytaxtlarda keçiriləcək məsləhətləşmələrdən asılıdır", - deyə nazir qeyd edib.

Əraqçi əlavə edib ki, əlaqələrin davam etdirilməsi ilə bağlı yekun qərar daha sonra açıqlanacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər