ABŞ-də 8 təhlükəli məhbus həbsxanadan qaçdı
ABŞ-nin Luiziana ştatında yerləşən bir həbsxanadan səkkiz məhbus qaçıb.
TodayPress TV xəbər verir ki, bu barədə "WAFB9" məlumatı yayıb.
Qaçanlardan üçü artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Polisin bildirdiyinə görə, qaçan şəxslər arasında Şərqi Baton-Ruj bölgəsində qətllər də daxil olmaqla ağır cinayətlərdə ittiham olunanlar var.
Onların axtarışları davam etdirilir.
Türkan İsgəndərli