41 ildən sonra həbsdən çıxıb generalları rəzil etdi – Fransanı Misirə qatdı
Fransada 41 il həbsdə qaldıqdan sonra ötən ay azadlığa buraxılan Livan Silahlı İnqilabçı Qruplarının (LARF) keçmiş lideri Corc Abdulla Beyruta qayıdıb.
TodayPress TV xəbər verir ki, Abdullah hava limanında çoxsaylı tərəfdarları tərəfindən qarşılanıb.
O, hava limanında etdiyi çıxışda Qəzzadakı vəziyyətə toxunaraq sərt bəyanatlar səsləndirib.
"Məhəmmədin Kəbəsinə bir neçə metr məsafədə fələstinli uşaqlar aclıqdan ölür, Misirin generalları isə oturub buna baxırlar. Misirin kişiləri və qadınları haradadır? Təkcə bir milyon insan Qəzza sərhədinə gəlsə, soyqırım sona çatar. Bu, Avropadakı fəallıq fonunda göstərilə biləcək ən azı şərəf nümunəsi olardı", – deyə o bildirib.
Qiymət Mahir