401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı

401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı
02.08.2026 15:39 Dünya

İsrail ordusu 401-ci briqadanın cənubi Livanda "missiyanı başa vurduğunu" bildirib.

TodayPress TV xəbər verir ki, 91-ci diviziyanın tabeliyində fəaliyyət göstərən 401-ci briqadanın əsgərləri regiondakı əməliyyatlara səkkiz ay əvvəl başlayıblar.

Ordunun bəyanatında qeyd olunub ki, bu əməliyyatlara "sərhəd boyu müdafiə əməliyyatları və cənubi Livandakı Təhlükəsizlik Zonasındakı əməliyyatlar daxil olub".

Məlumata görə, əsgərlər "Hizbullah"ın 1200-dən çox obyektini, o cümlədən "yüzlərlə metr uzanan yerüstü və yeraltı marşrutları" sıradan çıxarıblar.

Məlumatda, həmçinin qüvvələrin 600-dən çox silah aşkar etdiyi və 60-dan çox "Hizbullah" üzvünü məhv etdiyi iddia olunur.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Bütün Xəbərlər