44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı

44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı
02.08.2026 16:30 Dünya

Türkiyədə iyunun 1-dən bəri 16 vilayətdə baş verən 44 meşə yanğını ilə bağlı aparılan istintaq çərçivəsində 29 şübhəli müəyyən edilib, onlardan 6-sı həbs olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial media hesabında məlumat yayıb.

"Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Ədliyyə, Daxili İşlər, Kənd və Meşə Təsərrüfatı nazirliklərimizin güclü əməkdaşlığı və koordinasiyası ilə həyata keçirdiyimiz hüquqi izləmə işlərini meşə yanğınlarına qarşı daha sistematik və səmərəli şəkildə davam etdiririk", - deyə nazir yazıb.

Onun sözlərinə görə, Türkiyə Ədliyyə Nazirliyinin Təbii Fəlakətlər və Qəzalar Departamenti meşə yanğınları ilə bağlı məhkəmə proseslərini yaxından və müntəzəm olaraq izləyir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Bütün Xəbərlər