Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO
Jurnalist və siyasi bloqer Anatoli Şariy Moskvada restoran yaxınlığında baş verən partlayışla bağlı yeni iddia səsləndirib.
TodayPress TV xəbər verir ki, Şariyin sözlərinə görə, hadisə nəticəsində Rusiya Hərbi-Kosmik Qüvvələrinin komandanı general Aleksandr Çaykonun qızı Mariya yaralanıb, onun kürəkəni Daniil Peredriy isə həlak olub.
Bloqer iddia edib ki, partlayışın əsas hədəfi general Çayko olub. Onun sözlərinə görə, general hadisə zamanı sağ qalıb.
Şariy qeyd edib ki, yaydığı məlumat yalnız şəxsi mənbələrinə əsaslanır və hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Kübra Musayeva