Sahibə Qafarova TÜRKPA futbol turnirində uğurlu iştirakla bağlı təbrik etdi

Daxili siyasət

10.04.2026 14:13

Sahibə Qafarova Milli Məclisin futbol komandasını Türkiyədə keçirilmiş TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq turnirində uğurlu çıxışla bağlı təbrik edib.

TodayPress TV xəbər verir ki, o bununla bağlı parlamentin bugünkü plenar iclasının yekununda danışıb.

Sədr xatırladıb ki, Milli Məclisin komandası Antalyada parlamentlərarası beynəlxalq futbol turnirində ikinci yerə çıxıb.

"Komandanın heyətində Milli Məclisin 10 deputatı, 7 əməkdaşı iştirak edib".

Qeyd edək ki, yarışda 6 komanda mübarizə aparıb. Qırğızıstana 1:2 hesabı ilə məğlub olub, sonra Şimali Kiprə 3:0 hesabı ilə qalib gələn Milli Məclisin komandası qrup birincisi kimi finala yüksəlsə də, həlledici oyunda Türkiyə parlamentarilərinə 1:3 hesabı ilə məğlub olaraq turnirdə ikinci yeri tutub.

TodayPress TV

tag: Sahibə Qafarova,TÜRKPA ,Çıxış,Təbrik,Todaypress.tv,