Ceyhun Bayramov: "Gələn il Ermənistanla sülh perspektivinə inan;ram"

Daxili siyasət

08.11.2025 23:44

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn il Ermənistanla sülh perspektivinə inandığını bəyan edib.

TodayPress TV məlumatına görə, İTV-ə müsahibəsində nazir Ermənistanla münasibətlərin normallaşması ilə bağlı son iki ili nəzərə almalı olduqlarını deyib.

"2020-2023-cü ildə Ermənistan tərəfindən heç bir səmimi addım yox idi. Biz də suverenliyimizin bərpası üçün addım-addım gedirdik və 2023-cü ildə bunu tam olaraq bitirdik. Bu yeni reallıqları başa düşən Ermənistan sülh sazişi üçün həqiqi addımlar atmağa başladı. Ona görə də biz iki il müddətini götürməliyik".

O hesab edir ki, son iki ildə proqres və son olaraq Vaşinston razılaşmalarının əldə olunması tarixi dövr baxımından çox kiçik müddətdir:

"Belə bir qısa müddətdə qalib dövlətlə məğlub olmuş dövlət arasında normallaşma prosesinin belə sürətlə getməsini çox nadir hallarda görmək olar. 2026-cı ildə heç kəs 100 faizlik zəmanət verməsə də, sülh sazişinin imzalanmasına nikbin baxıram".

O hesab edir ki, Ermənistanda hazırda gedən ictimai diskurs, erməni cəmiyyətində qonşularla normallaşmanın vacibliyi barədə müzakirələr bunu deməyə əsas verir. 

TodayPress TV

tag: Ceyhun Bayramov, Ermınistan, Sülhv, İTV, todaypress.tv,