Yanacaqdoldurma obyektlərində ölçmə nəzarəti müzakirə olundu

Cəmiyyət

18.12.2025 10:31

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən və inspeksiya xidməti göstərən akkreditasiya olunmuş müəssisələrin nümayəndələri ilə maarifləndirici görüş keçirilib. 

TodayPress TV xəbər verir ki, görüşdə yanacaqdoldurma məntəqələrində istifadə olunan ölçmə vasitələrinin yoxlanılması, o cümlədən qurğu və avadanlıqların inspeksiyasını həyata keçirən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların  30-a yaxın nümayəndəsi iştirak edib.

Tədbirdə Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin direktoru Emin Zeynalov çıxış ediblər. 

Çıxışlar zamanı “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər barədə məlumat verilib. Həmçinin sözügedən sahələrdə fəaliyyət göstərən qurumlara yanacaqdoldurma obyektlərinə verilən sənədlərin qanunvericiliyin tələbləri əsasında yerinə yetirilməsi tövsiyə olunub. 

Sonda praktiki nümunələr əsasında “E-keyfiyyet.gov.az”  portalında “Uyğunluğun qiymətləndirən qurumların fəaliyyətinin nəticələri barədə digər sənədlərin elektron yaradılması” funksiyasından istifadə qaydaları izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TodayPress TV

tag: Antiintihar,İstehlak Bazarı,Nəzarət,Dövlət Xidməti,Todaypress.tv,