Xarici təcrübə ölkədə: Avtobuslarda əlavə nəzarətçilərə ehtiyac var?

Xarici təcrübə ölkədə: Avtobuslarda əlavə nəzarətçilərə ehtiyac var?
12.06.2025 17:38 Cəmiyyət

"Azərbaycanda avtobuslarda əlavə nəzarətçi işçiyə ehtiyac yoxdur, mövcud sistem kifayət qədər effektivdir".

Nəqliyyat üzrə ekspert İlqar Hüseynov bunu TodayPress TV-yə danışarkən deyib. 

O hesab edir ki, Azərbaycanda ictimai nəqliyyatda, xüsusilə avtobuslarda sərnişin ödəniş sisteminin əlavə nəzarətçi ilə gücləndirilməsinə ehtiyac yoxdur: ölkədə tətbiq olunan mövcud ödəniş sistemi, yəni ön qapıdan giriş və sürücünün birbaşa nəzarətində olan ödəniş terminalları kifayət qədər effektiv nəticə verir.

"Pulsuz keçməyə çalışan, kart vurmadan avtobusa daxil olan sərnişinlərin sayı olduqca azdır. Çünki avtobuslarda giriş yalnız ön qapıdan təmin edilir və bu da ödənişin tam nəzarətdə saxlanmasına şərait yaradır. İnsanlar bir-birinə kömək edir, kart verir, ödəniş edir və keçirlər. Bu cür qarşılıqlı anlayış hallarına tez-tez rast gəlirik. Gizlincə keçməyə çalışanlar isə demək olar ki, yoxdur”.

Ekspertin fikrincə, bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda hər avtobusa əlavə işçinin təyin edilməsi nə iqtisadi, nə də sosial baxımdan məqsədəuyğundur: “Əlavə nəzarətçi saxlamaq üçün aylıq maaş, növbəli iş qrafiki və əlavə xərclər tələb olunur. Bu, rentabelli deyil. Belə ki, istənilən sərnişinə, xüsusilə məktəblilərə və yaşlı insanlara ödəniş imkanı olmadıqda şərait yaradılmalı, cərimələmə yolu seçilməməlidir. Əks halda, bu, ictimai narazılığa səbəb ola bilər”. 

İlqar Hüseynovun sözlərinə görə, onsuz da insanların əsəbləri gərgindir – tıxaclar, gecikmələr və digər problemlər fonunda belə hallarla əlavə gərginlik yaratmaq yersiz olar.

Bəzi xarici təcrübələrə toxunan ekspert Gürcüstanda hər qapıda terminalların mövcud olduğunu, lakin bu modelin Azərbaycan üçün prioritet olmadığını vurğulayır. 

“Türkiyədə də bizdəki kimidir – yalnız ön qapıdan giriş və ödəniş var. Polşada isə tramvaylarda əvvəlcədən alınmış biletlər istifadə olunur. Yəni universal sistem yoxdur”, – deyə o, əlavə edib.

Sonda ekspert diqqətə çatdırıb ki, sərnişin sıxlığının əsas səbəbi avtobusların intervalının uzun olmasıdır və bu da şəhər tıxacları ilə birbaşa bağlıdır. Onun fikrincə, problemi əlavə nəzarətçi ilə yox, marşrut sıxlığının və intervalların optimallaşdırılması ilə həll etmək lazımdır.

Töhfə Səməd

FOTOLAR

Xarici təcrübə ölkədə: Avtobuslarda əlavə nəzarətçilərə ehtiyac var? — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Bütün Xəbərlər