Xaçmazda yol nişanlanma işləri davam etdirilir

Xaçmazda yol nişanlanma işləri davam etdirilir
24.07.2025 12:39 Cəmiyyət

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Xaçmaz şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılır.

TodayPress TV xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti, Bakı və H.Z.Tağıyev küçələrində üfüqi nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib. 

Ümumilikdə 40 km-dən çox ərazidə xətləmə işləri aparılıb.

Bununla yanaşı, Heydər Əliyev prospektində 9, Bakı küçəsində 3, H.Z.Tağıyev küçəsində isə 5 piyada keçidi yenidən çəkilib. Ərazilərdə hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları quraşdırılıb.

Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.

FOTOLAR

Xaçmazda yol nişanlanma işləri davam etdirilir — 1
Xaçmazda yol nişanlanma işləri davam etdirilir — 2
Xaçmazda yol nişanlanma işləri davam etdirilir — 3
Xaçmazda yol nişanlanma işləri davam etdirilir — 4
Xaçmazda yol nişanlanma işləri davam etdirilir — 5
XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər