Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul etdi

Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul etdi
29.08.2025 15:55 Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 28-də və 29-da Xaçmaz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.

Nazir əvvəlcə Xaçmaz rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra rayon polis şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı və digər rayonlardan gələn 409 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. 

Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Vətən müharibəsinin 27 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 335 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

FOTOLAR

Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul etdi — 1
Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul etdi — 2
Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul etdi — 3
Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul etdi — 4
Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul etdi — 5
Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul etdi — 6
Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul etdi — 7
XƏBƏR LENTİ
04 IYUN 2026
Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi Paşinyana 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Bütün Xəbərlər