Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edildi

Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edildi
19.05.2025 17:04 Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səngərdən məktəbə qəhrəmanlıq körpüsü” adlı tədbir təşkil olunub.   

TodayPress TV xəbər verir ki, Rəfael Hüseynov adına 49 nömrəli intellekt məktəb-liseydə təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.   

“Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirdə Agentliyin əməkdaşları, Vətən müharibəsi iştirakçıları - Salman Xudaverdiyev, Tehran Mahmudov, Şəmsi Məmmədov və Ramin Şirinov, həmçinin müəllim-şagird kollektivi iştirak edib.   

Görüşün məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin və qəhrəman müharibə iştirakçılarının həyat yolunu gənc nəslə tanıtmaq, vətənə bağlılıq hissini aşılamaqdır.   

Vətən müharibəsi iştirakçıları Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsi və keçdikləri döyüş yolu ilə bağlı xatirələrini bölüşüblər.   

Çıxışlarda iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib, qəhrəman Vətən övladlarının igidliklərindən danışılıb.   

Məktəblilər onları maraqlandıran sualları qonaqlara ünvanlayıb, vətənpərvərlik mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiyaları təqdim ediblər.

FOTOLAR

Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edildi — 1
Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edildi — 2
Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edildi — 3
Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edildi — 4
Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edildi — 5
Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edildi — 6
XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər