Sədr: "Biznes mühitinin rəqəmsallaşdırılması prioritetdir"

Cəmiyyət

02.02.2026 10:17

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin strategiyasına uyğun olaraq innovasiya fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur".

TodayPress TV xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov agentliyin fəaliyyətinə dair keçirilən illik mətbuat konfransında bildirib.

O əlavə edib ki, 2025-ci il yanvarın 3-də Rəqəmsal İnkişaf Konsepsiyası Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənib və agentliyin həyata keçirdiyi bütün tədbirlər məhz bu konsepsiya çərçivəsində icra olunur.

"+Konsepsiya bir neçə əsas istiqaməti əhatə edir. Bunlara dövlət xidmətlərinin rəqəmsallaşdırılması, daxili əməliyyatların rəqəmsal transformasiyası və idarəetmədə səmərəliliyin artırılması daxildir.

Eyni zamanda, vətəndaş cəmiyyəti üçün vətəndaş yönümlü xidmətlərin proaktiv şəkildə təqdim edilməsi, eləcə də biznes mühitinin rəqəmsallaşdırılması prioritet istiqamətlərdəndir".

Sədr vurğulayıb ki, bu çərçivədə kiçik və orta biznes subyektləri, eləcə də hüquqi şəxslər üçün müasir rəqəmsal xidmətlərin yaradılması və tətbiqi təmin edilir.

"Həyata keçirilən tədbirlər ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına və innovasiya əsaslı iqtisadiyyatın formalaşdırılmasına xidmət edir".

Türkan İsgəndərli

TodayPress TV

tag: Fərid Osmanov,Sədr,Konfrans,Çıxış,Todaypress.tv,