Psixoloqlar xoşbəxt olmağa mane olan 7 düşüncə tərzini açıqladı

Psixoloqlar xoşbəxt olmağa mane olan 7 düşüncə tərzini açıqladı
27.07.2026 11:34 Cəmiyyət

Bir çox insan xoşbəxtliyin yeni uğurlar, davamlı inkişaf və daha çox nailiyyət əldə etməklə mümkün olduğunu düşünür. Lakin mütəxəssislər hesab edirlər ki, daha harmonik həyatın sirri bəzən nəyisə qazanmaqda deyil, insanı geriyə çəkən düşüncə və vərdişlərdən imtina etməkdədir.

TodayPress TV Azpost.info-ya istinadən bildirir ki, bu barədə "Your Tango" nəşri yazır.

Məqalədə qeyd olunur ki, özünü daim bədbəxt hiss edən insanların əksəriyyəti yeddi mənfi düşüncə tərzindən əl çəkə bilmir.

1. Kin saxlamaq

Kiminsə sizə qarşı haqsızlıq etməsini dəfələrlə xatırlamaq ilk növbədə özünüzə zərər verir. Psixoloqlar bildirirlər ki, bağışlamaq qarşı tərəfi haqlı çıxarmaq deyil, onun davranışının sizin həyatınıza təsirini dayandırmaqdır.

2. Dəyişikliklərə müqavimət

İnsan eyni addımları ataraq fərqli nəticə gözləyə bilməz. İstər münasibətlərdə, istər işdə, istərsə də gündəlik həyatda yeni nəticələr üçün yeni davranışlar lazımdır.

3. Məhdudlaşdırıcı inanclar

“Heç vaxt borclarımdan qurtula bilməyəcəyəm”, “Mən kifayət qədər yaxşı deyiləm” kimi fikirlər insanın inkişafına mane olur. Mütəxəssislər bildirirlər ki, çətin şəraitdə belə fərqli nəticənin mümkünlüyünə inanmaq vacibdir.

4. Özünü qurban kimi görmək

Daim şikayət etmək və başqalarının mərhəmətini gözləmək müvəqqəti rahatlıq versə də, acizlik hissini gücləndirir.

Daha sağlam yanaşma isə məsuliyyəti öz üzərinə götürərək “Həyatımın necə davam edəcəyinə mən qərar verirəm” düşüncəsini formalaşdırmaqdır.

5. Keçmişdən ayrıla bilməmək

Köhnə inciklikləri və uğursuzluqları daim xatırlamaq stressi artırır, həm emosional, həm də fiziki sağlamlığa mənfi təsir göstərir.

Psixoloqlar keçmişi qəbul edib buraxmağın daxili rahatlıq üçün vacib olduğunu vurğulayırlar.

6. Mövcud vəziyyətə görə əsəbiləşmək

Tıxac, xoşagəlməz söhbətlər və ya gündəlik çətinliklərə qarşı davamlı narazılıq daxili gərginliyi artırır.

Mütəxəssislər mövcud vəziyyəti qəbul etməyin və lazımsız daxili müqavimətdən uzaq durmağın stressi azaltdığını bildirirlər.

7. Özünü daim tənqid etmək

Görünüş, sosial status və ya başqaları ilə müqayisə insanı davamlı narazılıq hissi ilə yaşamağa vadar edir.

Psixoloqlar hesab edirlər ki, insan geyimini seçdiyi kimi, düşüncələrini də seçə bilər və bu seçim onun xoşbəxtlik səviyyəsinə birbaşa təsir göstərir.

Mütəxəssislərin fikrincə, bu yeddi mənfi düşüncə tərzindən uzaqlaşmaq daxili rahatlığı qorumağa, münasibətləri yaxşılaşdırmağa və həyatda yeni imkanları daha rahat görməyə kömək edir.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər