"myGov ID" üzrə istifadəçi sayı 5 milyona çatıb
Cəmiyyət
02.02.2026 10:30
“2025-ci ildə "myGov ID" rəqəmsal hökumət məhsulları arasında ən sürətlə böyüyən platformalardan biri olub”.
TodayPress TV xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında agentliyin İdarə heyətinin sədri Fərid Osmanov məlumat verib.
Onun sözlərinə görə, "myGov ID" üzrə tranzaksiyaların sayı 2024-cü illə müqayisədə 29 faiz artaraq 78,2 milyondan 101,1 milyona yüksəlib. Eyni zamanda platformanın istifadəçi sayı da 19 faiz artaraq 4,2 milyondan 5 milyon nəfərə çatıb.
Sədr bildirib ki, platformaya inteqrasiya olunan informasiya sistemlərinin sayında da ciddi artım müşahidə olunur. Belə ki, 2024-cü ildə bu göstərici 164 olduğu halda, 2025-ci ildə 274-ə yüksəlib ki, bu da 67 faizlik artım deməkdir.
"2025-ci il ərzində "myGov ID" platformasında ümumilikdə təxminən 100 milyon tranzaksiya qeydə alınıb, 800 minə yaxın yeni istifadəçi sistemə qoşulub, inteqrasiya olunan yeni informasiya sistemlərinin sayı isə 89 olub".
Türkan İsgəndərli
tag: Fərid Osmanov,Sədr,Konfrans,Çıxış,Todaypress.tv,
