İnşaatçılar prospektində mikromobillik zolağı çəkilir

Cəmiyyət

11.11.2025 12:14

İnşaatçılar prospektində mikromobillik zolağı yaradılır.

TodayPress TV xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.

Məlumata görə, velosiped yollarının bir-birinə inteqrasiyası mərhələli şəkildə həyata keçirilir və kəsintisiz mikromobillik xətti formalaşdırılır. Hazırda Yasamal rayonundakı küçə və prospektlərdə işlər davam edir.

Bildirilib ki, əvvəl Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy Haqverdiyev küçəsində qurulan mikromobillik şəbəkəsi genişləndirilir və İnşaatçılar prospektinə uzadılır.

Prospektin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində zolaqların ölçüləri standartlara uyğunlaşdırılıb və hərəkət zolaqlarının sayı dəyişməyib.

TodayPress TV

tag: İnşaatçılar prospekti,Mikromobillik zolağı ,AYNA, Yasamal rayonu,Todaypress.tv,