“Mənim oyuncaqlarım” – Ronaldodan maraqlı paylaşım

“Mənim oyuncaqlarım” – Ronaldodan maraqlı paylaşım
05.08.2026 09:00 İdman

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo sosial şəbəkə hesabında şəxsi avtomobil kolleksiyasını nümayiş etdirib.

TodayPress TV xəbər verir ki, 41 yaşlı futbolçu müxtəlif lüks avtomobillərinin fotolarını paylaşaraq paylaşımına “Mənim oyuncaqlarım” sözlərini əlavə edib.

Ronaldonun paylaşımına bacısı Katia Aveyru da münasibət bildirib.

“Bunlar sənin əməyinin bəhrəsidir. Və bu, faktdır”, – deyə o, şərh yazıb.

Qeyd edək ki, Kriştianu Ronaldo ötən mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 37 oyunda meydana çıxaraq 30 qol vurub və 3 məhsuldar ötürmə edib.

Portuqaliyalı ulduz son dünya çempionatında isə 5 matçda 3 qolla yadda qalıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər