Günəşdə partlayış baş verdi

Günəşdə partlayış baş verdi
13.10.2025 12:02 Cəmiyyət

13 oktyabr Günəşdə son illərin ən güclülərindən biri olan "M1.9" sinifli partlayış baş verib. 

TodayPress TV xəbər verir ki, hadisə Bakı vaxtı ilə saat 09:26-da Günəşin 4246 nömrəli ləkə qrupunda müşahidə olunub və təxminən 45 dəqiqə davam edib.

Məlumata görə, günəş partlayışları A-dan X-ə qədər siniflərə bölünür, hər sinif əvvəlkindən 10 dəfə güclü sayılır. Bu cür partlayışlar Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.

Həkimlər xəbərdarlıq edirlər ki, güclü maqnit fırtınaları zamanı insanlar yorğunluq, baş ağrısı, yuxululuq, əsəbilik və ürək ritmində pozğunluqlar hiss edə bilərlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər