“Digital Bridge” vasitəsilə dövlət qurumları arasında tranzaksiyalar 2 milyardı ötüb

Cəmiyyət

02.02.2026 10:40

“Digital Bridge” rəqəmsal məlumat idarəetmə sistemi Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) əsas altsistemlərindən biridir".

TodayPress TV xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında agentliyin İdarə heyətinin sədri Fərid Osmanov deyib.

Onun sözlərinə görə, sistem üzərindən həyata keçirilən tranzaksiyaların ümumi sayı artıq 2 milyardı keçib.

"Bu tranzaksiyaların 1 milyarddan çoxu məhz 2025-ci ilin payına düşür ki, bu da dövlət qurumları arasında məlumat mübadiləsinin sürətlənməsinə və rəqəmsallaşma prosesinin daha intensiv aparılmasına imkan yaradıb. "Digital Bridge" platforması məlumatların “bir mənbədən təqdim edilməsi” prinsipinin tətbiqi üçün mühüm infrastruktur komponentidir".

Sədr vurğulayıb ki, 2025-ci il ərzində sistemə 10 yeni dövlət qurumu qoşulub, 27 informasiya sistemi rəqəmsal məlumat idarəetməsinə inteqrasiya edilib. 

"Hazırda 500-dən artıq elektron xidmət bu platforma üzərindən rəqəmsal məlumat mübadiləsi ilə təmin olunur".

Türkan İsgəndərli

TodayPress TV

tag: Fərid Osmanov,Sədr,Konfrans,Çıxış,Todaypress.tv,