Bayram günlərində bəzi yollarda təmir işləri aparılacaq - SİYAHI

Cəmiyyət

21.03.2026 16:14

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 23 mart 2026-cı il saat 08:00-dan 30 mart 2026-cı il saat 22:00-a qədər paytaxtda cari təmir işləri həyata keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunan işlərin bayram günlərində nəqliyyat axınının nisbətən azalması nəzərə alınaraq həyata keçirilməsi planlaşdırılır. Təmirlə əlaqədar hərəkət dayandırılmayacaq, məhdudiyyətlər yalnız təmir işləri aparılan zolaqlar üzrə tətbiq ediləcək.

Agentlik təmir işlərini ümumilikdə 42 ünvanda aparacaq. Təmir olunacaq küçələrin ümumi sahəsi 151 849 kv.m təşkil edir.

Təmir aparılacaq küçə və yolların siyahısı:

  • Heydər Əliyev prospekti ("Ramstore" körpüsündən Heydər Əliyev Beynəlxalq Hava Limanı körpüsünədək)
  • 8 Noyabr prospekti (Yusif Səfərov küçəsindən C.Naxçıvanski adına Hərbi Liseyədək)
  • Ziya Bünyadov prospekti ("20 Yanvar" metrostansiyasından "Koroğlu" qovşağınadək)
  • Babək prospekti ("Ramstore" körpüsündən Lütfi Zadə küçəsinədək)
  • İnşaatçılar prospekti (İzmir küçəsindən Hüseyn Cavid prospektinədək)
  • Tbilisi prospekti (Abbasqulu ağa Bakıxanov küçəsindən "20 Yanvar" metrostansiyasınadək)
  • Nəriman Nərimanov prospekti
  • Bayraq meydanına gedən yol (Azneft meydanından Əhəd Yaqubov küçəsinədək)
  • Hüseyn Cavid prospekti (Abdürrahim bəy Haqverdiyev küçəsindən Mikayıl Müşfiq küçəsinədək)
  • Abbas Mirzə Şərifzadə küçəsi (Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinədək)
  • İzmir küçəsi
  • Koroğlu Rəhimov küçəsi (Təbriz küçəsindən Həsən Əliyev küçəsinədək)
  • Fətəli xan Xoyski küçəsi ("Gənclik" metrostansiyasından Əliyar Əliyev küçəsinədək)
  • Atletlər kəndinə gedən yol (Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinədək)
  • Salyan şosesi ("Bibiheybət" məscidindən Bakı kənar dairəvi yolunadək)
  • Bakı Dairəvi I avtomobil yolu
  • Zığ şosesi (beton yol)
  • Abbasqulu ağa Bakıxanov küçəsi (İzmir küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək)
  • Rəşid Behbudov küçəsi (Neftçilər prospektindən Abbasqulu ağa Bakıxanov küçəsinədək)
  • Yusif Səfərov küçəsi
  • Üzeyir Hacıbəyli küçəsi
  • Zərifə Əliyeva küçəsi
  • Mehdi Hüseyn küçəsi (Cəfərov qardaşları küçəsindən Şeyx Şamil küçəsinədək)
  • Şeyx Şamil küçəsi (İstiqlaliyyət küçəsindən Mehdi Hüseyn küçəsinədək)
  • Vaqif küçəsi ("Gənclik" metrostansiyasından Səməd Vurğun küçəsinədək)
  • Səməd Vurğun küçəsi (Yusif Vəzir Çəmənzəminli küçəsindən Neftçilər prospektinədək)
  • Pirşağı–Bilgəh avtomobil yolu (Pirşağı hövzəsi üzrə qəbuledici kanalizasiya kollektorunun tikintisi layihəsi)
  • Təbriz küçəsi (Əliyar Əliyev küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək)
  • Bibiheybət şosesi
  • Azər Məmmədov küçəsi (Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsi)
  • Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi
  • Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi
  • Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi
  • Binə qəsəbəsi, Hicran Hasilov küçəsi
  • Qala dördyol ayrıcından Zığ–Heydər Əliyev Beynəlxalq Hava Limanı yoluna gedən hissə
  • Qala–Pirallahı yolundan Zirə qəsəbəsinə gedən yol
  • Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsi
  • Novxanı–Pirşağı yolu
  • Xırdalan dairəsi–Binəqədi yolu
  • Balaxanı–Binəqədi yolu
  • Binəqədi–Novxanı yolu
  • Lökbatan–Güzdək yolu (1–9-cu km)

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir ərazilərində hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və ərazilərdə quraşdırılacaq müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Bakıda bayram günlərində 42 ünvanda avtomobil yolları təmir olunacaq.

tag: Bakı,Yol,Bayram,Təmir,Todaypress.tv,